09 yanvar 2026, 18:01

Ramil Cəbrayıllıdan, Bakı, Azərbaycan

Zati-aliləri, hörmǝtli cənab Prezident!

Azərbaycan Respublikasında dini dəyərlərin qorunması, mənəvi irsin inkişafı və bütün dini konfessiyalara göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk.

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dünyada dini tolerantlığın, multikulturalizm və mənəvi harmoniyanın parlaq nümunəsi kimi tanınır. Müxtəlif dinlərin və etiqadların nümayəndələrinin qarşılıqlı hörmət, sülh və qardaşlıq şəraitindǝ birgǝ yaşaması ölkǝmizin zǝngin mǝnǝvi ǝnǝnǝlǝrinin vǝ dövlǝt siyasǝtinizin uğurlu təzahürüdür.

Zati-aliləri, Sizin dini icmalara göstərdiyiniz maddi və mənəvi dəstək, ibadət məkanlarının qorunması və bərpası, eləcə də dini-maarifləndirici və mənəvi proqramların inkişafına verdiyiniz töhfələr cəmiyyətin əxlaqi saflaşmasına, mənəvi dəyərlərin möhkǝmlənməsinə və gənc nəslin düzgün ruhda tərbiyə olunmasına xidmət edir.

Dini etiqad azadlığının tamin olunması, insanlar arasında mərhəmət, qarşılıqlı anlayış və ruhani birliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət tǝkcə Azərbaycan cəmiyyəti üçün deyil, həm də beynəlxalq aləmdə sülhǝ və sabitliyə mühüm töhfədir.

Göstərdiyiniz yüksək diqqətə, mənǝvi dəyərlərə verdiyiniz əhəmiyyətə və dini konfessiyalara olan ədalətli münasibətinizə görə bir daha Sizə dərin təşəkkürümüzü bildirir, zati-alinizə möhkǝm cansağlığı və uzun ömür arzulayırıq.

Hörmət və ehtiramla,

Cəbrayıllı Ramil Arif oğlu,

“Krişna Şüuru” dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.