09 yanvar 2026, 17:27

Murad İslamovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunması və dini icmaların fəaliyyətinə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilir. Dini icmalara ayrılan maddi yardım ölkəmizdə mövcud olan sağlam din-dövlət münasibətlərinin və tolerant mühitin bariz göstəricisidir.

Sumqayıt şəhəri “Alov Sumqayıt” dini icması olaraq bizə göstərilən bu diqqət və dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu yardım icmamızın fəaliyyətinin daha səmərəli təşkili və cəmiyyətə faydalı təşəbbüslərin həyata keçirilməsi üçün mühüm töhfədir.
Sizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Dərin hörmətlə,

İslamov Murad Xudaverdi oğlu, “Alov-Xristian” dini icmasının sədri

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.