“Yeddinci Günün Adventistləri” dini icmasının sədrlərindən, Bakı, Azərbaycan
Zati-aliləri!
“Yeddinci Günün Adventistləri” dini icması Azərbaycanın dini və ictimai həyatında fəal şəkildə iştirak etməkdədir. Biz xalqın digər nümayəndələri kimi ölkəmiz üçün əhəmiyyət daşıyan hadisələri izləyirik.
Biz Azərbaycanın bütün bölgələrində qələbəmizin 5 illiyi münasibətilə təşkil olunan tədbirlərə, Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalına və Azərbaycan Din Xadimlərinin 2-ci Forumuna və bir çox tədbirlərə görə Sizə öz minnətdarlığımızı bildirmək istəyirik. Sizi Yeni il münasibətilə təbrik edirik. Eyni zamanda, icmamızın ehtiyacı və inkişafı üçün ayrılan maddi vəsaitlərə görə də Sizə və dövlətimizə dərin təşəkkürümüzü bildirmək istəyirik.
Sizə məqsədlərinizə çatmağınızda, Azərbaycanı daha da inkişaf etdirməyinizdə kömək olması üçün Rəbbimizə dua edirik. Qoy Uca Tanrı Azərbaycanı öz əmin-amanlığında saxlasın.
Dərin hörmət və ehtiramla,
Bakı şəhəri, Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri Mahir Verdiyev,
Gəncə şəhəri, “Yeddinci Günün Adventistləri” dini icmasının sədri Yusif Şərifov
Azərbaycan Respublikası, Bakı şəhəri.