09 yanvar 2026, 16:03
Özünüməşğulluq proqramından yararlanan vətəndaşdan, Xaçmaz, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə uğurla icra edilən özünüməşğulluq proqramı çərçivəsində dövlətimiz tərəfindən göstərilən dəstək nəticəsində əmlak almışam. Bu təşəbbüsə görə Sizə təşəkkür edirəm.
Bu proqram mənim üçün yalnız maddi dəstək deyil, eyni zamanda öz işimi qurmaq və ölkə iqtisadiyyatına faydalı olmaq baxımından böyük imkan yaratmışdır. Sizin vətəndaşların məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi, güzəranının yaxşılaşdırılması istiqamətində apardığınız uğurlu siyasəti dəstəkləyirəm, Sizinlə qürur duyuram.
Hörmətlə,
Zərbalı Eyvazov
Azərbaycan Respublikası, Xaçmaz şəhəri.