Xalq artisti Cahangir Novruzovdan, Adana, Türkiyə
Möhtərəm cənab Prezident!
Mǝni Azǝrbaycan mǝdǝniyyǝtinin xaricdə tǝbliği və ölkəmizə göstərdiyim
xidmǝtlərǝ görǝ "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə
tǝltif etdiyiniz üçün Sizǝ dǝrin hörmǝt vǝ sǝmimi tǝşǝkkürümü bildirirǝm.
Bu ali diqqət və v erdiyiniz yüksək dəyər mənim üçün böyük sevinc, eyni
zamanda böyük şərəf vǝ ilham qaynağıdır. Bu tǝltif, Azərbaycan dövlətinə və
xalqına xidmǝt yolunda göstǝrdiyim mütǝvazi fǝaliyyǝtimin qiymǝtlǝndirilmǝsi
olmaqla yanaşı, üzǝrimǝ düşǝn mǝnǝvi mǝsuliyyǝti daha da artırır.
Sizin milli mədǝniyyǝtimizin, dilimizin qorunmasına, inkişafına və dünyada
layiqincə tanıdılmasına yönəlmiş uzaqgörən siyasətiniz bizim üçün daim
örnəkdir. Bu etimadı doğrultmaq üçün bundan sonra da bütün gücüm və
imkanlarımla Azərbaycanımızın adını, mǝdǝniyyǝtini vǝ mǝnǝvi dǝyərlərini
layiqincə tǝmsil etmǝyǝ çalışacağam.
Bu yüksǝk mükafata görə Sizə bir daha dǝrin minnǝtdarlığımı bildirir, Sizə
möhkǝm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Cahangir Novruzov, Xalq artisti
Türkiyə Respublikası, Adana şəhəri.