08 yanvar 2026, 10:29

Müraciəti müsbət həll olunan vətəndaşdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən, bacımın skolioz əməliyyatına göstərdiyiniz dəstəyə və müraciətimizi cavabsız qoymadığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin diqqətiniz sayəsində bacım sağlığına qovuşdu. Azərbaycan gəncləri olaraq, hər bir addımınızı qətiyyətlə dəstəkləyir, Sizin rəhbərliyinizlə daha parlaq gələcəyə doğru irəliləyirik.

Fürsətdən istifadə edərək, Yeni il münasibətilə Sizi və ailənizi səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan Sizlərə möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Ayişə Nəbiyeva

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.