Vətən müharibəsi iştirakçılarından, Gəncə, Azərbaycan
07 yanvar 2026, 14:30
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində şanlı, qüdrətli və qorxmaz ordumuz formalaşdırılmışdır. Bu ordu Azərbaycanın mərd və igid oğullarını özündə cəmləşdirərək düşmən üzərində qələbəni təmin etdi.
Torpaqlarımızı düşməndən azad edərək, bizə bu qürur hissini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Cənab Ali Baş Komandan, biz Sizin hər bir əmrinizə müntəzirik. Şəhidlərimizin ruhuna ehtiram hissinizi, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirir və buna görə Sizə hər zaman minnətdarıq.
Hörmətlə,
Vətən müharibəsi iştirakçıları - Ramil Cəfərov və Vüsal Məmmədov
Azərbaycan Respublikası, Gəncə şəhəri.