İlham Əliyevin Davosda ABŞ-ın “Booz&СO” şirkətinin baş icraçı direktoru Çezare Maynardi ilə görüşü olmuşdur
23 yanvar 2013, 12:30
Prezident İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşü olmuşdur.
Görüşdə “Booz&СO” şirkətinin baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etdi.