logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhman Verdiyev və başqalarından, Daşkəsən, Azərbaycan

Text size icon-size icon-size

06 yanvar 2026, 16:30

Hörmətli cənab Prezident.

Rayon ərazisində son dövrlərlə həyata keçirilən abadlıq, təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq rayon sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Görülən işlər nəticəsində infrastrukturun yaxşılaşdırılması, yolların və yaşayış sahələrinin daha səliqəli vəziyyətə gətirilməsi sakinlər tərəfindən məmnunluqla qarşılanmışdır. Görülən işlər rayonun ümumi görünüşünün gözəlləşməsinə, əhalinin yaşayış şəraitinin yüksəlməsinə və sosial mühitin daha da yaxşılaşmasına mühüm töhfə vermişdir.

Yaşadığımız binada aparılan təmir və abadlıq işlərinə görə Sizə ayrıca olaraq dərin təşəkkürümüzü bildiririk. Binanın ümumi görünüşü və yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Təmir prosesinin keyfiyyətli və vaxtında aparılmasını yüksək qiymətləndiririk. Sakinlərin müraciət və təkliflərinə diqqətlə yanaşılması isə bu prosesə olan etimadı daha da artırmışdır. Görülən işlər binanın texniki vəziyyətinin yaxşılaşdırılmasına, ümumi görünüşünün yenilənməsinə, yaşayışın daha da rahatlaşdırılmasına mühüm töhfə verir.

Ömrünüz uzun olsun, cənab Prezident.

Hörmətlə,

Verdiyev Bəhman Əmir oğlu,

Namazova Mənzər Allahverdi qızı

Əbilova Gülay Əhliman qızı

Süleymanova Yeganə Səlim qızı

Abışov Rəşid Qədir oğlu və başqaları (15 nəfər).

Azərbaycan Respublikası, Daşkəsən şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi