logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mahaçqala şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Dağıstan Respublikası Başçısının yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Rakif Əzizovdan

Text size icon-size icon-size

29 dekabr 2025, 10:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji və rifah arzulayıram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası daha da inkişaf edir, dünyada nüfuzu getdikcə yüksəlir. Ölkənin firavanlığı naminə gördüyünüz işlərin bəhrələri göz qabağındadır.

Sizə gələcək fəaliyyətinizdə yeni nailiyyətlər, qarşıya qoyduğunuz bütün məqsədlərin uğurla həyata keçməsini arzu edirəm.

Hörmətlə və ən xoş arzularla,

 

Rakif Əzizov

Mahaçqala şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Dağıstan Respublikası Başçısının yanında Millətlərarası Münasibətlər Şurasının üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi