logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

Text size icon-size icon-size

25 dekabr 2025, 14:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS informasiya agentliyinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir.

Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan və zamanın sınağından çıxmış sıx münasibətlər mövcuddur. Sizin bu ilin oktyabr ayında Düşənbədə Rusiyanın dövlət başçısı ilə görüşünüz iki ölkə arasında əməkdaşlığın konyunktur dalğalanmalarına məruz qalmamasının bariz nümunəsi oldu. Həmin görüş Moskva ilə Bakının konstruktiv dialoqa və regional sabitliyin birgə gücləndirilməsinə hazır olduğunu nümayiş etdirdi.

İqtisadi və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsini və dövlətlərarası əlaqələrin genişləndirilməsini təşviq etməklə Siz hər iki ölkə üçün uğurlu gələcəyə zəmanət verən tarixi təməli möhkəmləndirirsiniz.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması istiqamətində təşəbbüslərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Andrey Kondraşov

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi