logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan

Text size icon-size icon-size

25 dekabr 2025, 14:29

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsi adından doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Bu ilin noyabr ayında Bakıya səfərimiz zamanı Sizinlə görüşməyimiz bizim üçün şərəf idi. Dəyərli vaxtınızı ayırdığınıza və bizə diqqət göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, ölkə rəhbəri kimi fəaliyyətinizdə uğurlar,
güc-qüvvət, Azərbaycan xalqına davamlı tərəqqi, sülh, sevinc arzulayırıq.

Hörmətlə,

 

Cek Gerard

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi