logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaniyadan “S.A.T. GmbH Security and Transport” korporasiyasının icraçı direktoru Konrad Szorqdan

Text size icon-size icon-size

24 dekabr 2025, 15:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, ailənizlə birlikdə daim xoş günlər, uğurla inkişaf edən ölkənizin dövlət başçısı kimi gələcək fəaliyyətinizdə daha çox güc və enerji arzulayıram.

Dünyanın ən gözəl ölkələrindən biri olan Azərbaycanın Sizin rəhbərliyiniz altında qlobal miqyasda nüfuzlu dövlətlərdən birinə çevrildiyini müşahidə etməkdən məmnunam. Azad edilmiş torpaqlarınızın Sizin birbaşa nəzarətinizlə bərpası və transformasiyasını heyranlıqla izləyirik.

Cənab Prezident, mən həmçinin Sizə və ailənizə qarşıdan gələn Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram. Ölkənizə uzunmüddətli sülh və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram.

Yeni il Sizə yeni imkanlar, davamlı nailiyyətlər və daha çox tərəqqi gətirsin!

Dərin hörmət və ehtiramla,

Konrad Szorq

 

Almaniyadan “S.A.T. GmbH Security and Transport”

korporasiyasının icraçı direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi