logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan

Text size icon-size icon-size

24 dekabr 2025, 12:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırım.

Müdrik və uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası davamlı inkişaf, sosial-iqtisadi tərəqqi, regional əməkdaşlığın gücləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşma yolu ilə inamla irəliləyir.

Fürsətdən istifadə edərək, şirkətimizin Azərbaycan ərazisində strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində gördüyü daimi diqqətə və konstruktiv dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, firavanlıq və respublikanın bundan sonrakı inkişafı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

Vahid Ələkbərov

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi