“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında hava əlaqələri haqqında” Sazişdə dəyişikliklərə dair mübadilə edilmiş notaların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size


18 yanvar 2013, 17:25
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında hava əlaqələri haqqında” Sazişdə dəyişikliklərə dair 2012-ci il martın 30-da Bakı şəhərində mübadilə edilmiş notalar təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2012-ci il.