logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günel Mansumovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 dekabr 2025, 16:10

Möhtərəm cənab Prezident,

Sizin uzaqgörən rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz nəticəsində bu gün Azərbaycan qüdrətli, dünya miqyasında tanınan və söz sahibi olan bir dövlətə çevrilmişdir. Müstəqil respublikamızın möhtəşəm nailiyyətləri, sosial-iqtisadi tərəqqisi, milli dəyərlərimizin qorunması Sizin uğurlu siyasətinizin bəhrələridir. Sizin rəhbərliyinizlə ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir, xalqımız rifah yolunda inamla addımlayır.

Azərbaycanın məğlub dövlətdən qalib dövlətə çevrilməsi böyük strategiyanın məhsuludur. Bu yolda görülən ardıcıl və məqsədyönlü işlər xalqımız tərəfindən hər zaman təqdir edilir.

Yaxşı ki, varsınız, cənab İlham Əliyev!

Hörmətlə,

Günel Mansumova

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi