logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 dekabr 2025, 13:55

Cənab Prezident,

Mən Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlara və dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyünüz mühüm işlərə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Sizin qətiyyətli və uzaqgörən siyasətiniz ölkəmizin mövqelərini daha da gücləndirir. Bir çox dövlət və hökumət başçılarının Sizin haqqınızda söylədiyi müsbət fikirlər bu xalqın bir nümayəndəsi olaraq məni də qürurlandırır, dövlətimin daha xoş gələcəyinə ümidlərimi artırır.

Cənab Prezident, Sizə cansağlığı və fəaliyyətinizdə daim uğurlar diləyirəm.

Hörmətlə,

Hüseynzadə Sənan Məmmədhüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi