logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhid qardaşından, Masallı, Azərbaycan

Text size icon-size icon-size

16 dekabr 2025, 12:10

Hörmətli cənab Prezident,

Sizin qətiyyətiniz sayəsində biz 44 günlük Vətən müharibəsində qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu yolda canlarından keçmiş şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik.

Şəhidlərin əziz xatirəsinə və onların ailələrinə Masallıda da böyük diqqət göstərilir. Belə ki, Masallıda şəhid adlarını daşıyan və şəhid ailələrinin yaşadığı küçələrin abadlaşdırılması və asfaltlanması həyata keçirilir. Bu günlərdə kəndimizdə mənim qardaşım, Birinci Qarabağ müharibəsi şəhidi Mehdi Bayram oğlu Abbasovun adını daşıyan küçə də abadlaşdırıldı.

Müzəffər Ali Baş Komandan, mən Sizə minnətdarlıq bildirirəm. Allah Sizi, ailənizi və övladlarınızı qorusun.

Dərin hörmətlə,

Mehdiyev Abuzər Bayram oğlu,

şəhid qardaşı

Azərbaycan Respublikası, Masallı rayonu, Eminli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi