logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qəmər Niftiyevadan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

10 dekabr 2025, 17:00

Hörmətli cənab Prezident!

Ölkəmizdə şəhidlərin xatirəsinə göstərilən diqqət və qayğı, sosial infrastrukturun yenilənməsi və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər bütün ailələr tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə şəhidlərin xatirəsinə verilən önəm, onların adlarının əbədiləşdirilməsi və ailələrinə göstərilən diqqət insanlara böyük mənəvi dəstək olmuş, cəmiyyətimizdə şəhidlərimizin xatirəsinin daim uca tutulmasına şərait yaratmışdır.

Şəhid ailəsi olaraq, görülən işlərə görə təşəkkürümüzü bildirir, ölkəmizin davamlı inkişafı və əhalinin rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.

Hörmətlə,

Qəmər Niftiyeva

Azərbaycan Respublikası, Masallı rayonu, Gəyəçöl kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi