Tahir Abbasovdan, Gəncə, Azərbaycan
05 dekabr 2025, 18:42
Möhtərəm Ali Baş Komandan.
Sizin sayənizdə xalqımıza yüksək xidmətlər göstərilir. Tapşırığınız əsasında dövlət qurumlarının rəhbər şəxslərinin respublikanın şəhər və rayonlarında vətəndaşları qəbul edib dinləməsi çox müsbət qiymətləndirilir. Ölkə vətəndaşları üçün yaradılan bu şərait problemlərin operativ həllinə yol açır. Bu günlərdə Gəncədə keçirilən belə qəbullardan birində iştirak edən şəhər sakinləri növbəti dəfə razı qaldılar. Qaldırılan məsələlərə həssas, qayğıkeş yanaşılması bölgə əhalisi tərəfindən böyük razılıqla və sevinc hissi ilə qarşılandı. Bu səbəbdən Gəncə əhalisi, şəhid ailələri və qazilərimiz bir din adamı kimi mənim boynuma haqq qoydular ki, Sizə onların səmimi təşəkkürlərini çatdırım.
Eyni zamanda. qeyd etmək istəyirəm ki, ölkəmizdə asayişin yüksək səviyyədə qorunması müsbət haldır. Azərbaycanda əmin-amanlıq yüksək səviyyədədir, haqq-ədalət öz yerini tapıbdır, xalqımız rifah içindədir. Mən Sizə, həmçinin Vətəninə, millətinə, xalqına yüksək xidmət göstərən, Sizə sadiq olan hər bir insana dua edirəm.
Allah dövlətimizi qurub yaradan, üç rəngli bayrağımızı zirvələrə qaldıran Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin. Allah 30 il işğal altında qalmış torpaqlarımızı azad edən Sərkərdəmizi, Ulu Öndərimizin yadigarını qorusun! Allah torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarımıza rəhmət, qazilərimizə şəfa əta eləsin.
Allah Ordumuza rəşadət, dövlətimizə qüdrət, xalqımıza ruzi-bərəkət versin.
Dərin hörmət və ehtiramla,
Abbasov Tahir,
“İmamzadə” ziyarətgahının imamı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.