logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

05 dekabr 2025, 16:55

Hörmətli cənab Prezident,

Sizin söylədiyiniz: “Sözümüz imzamızdır!” sözləri mərdliyi aşılamaqla yanaşı, xalqımız üçün qürur mənbəyidir.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə fəaliyyətiniz genişmiqyaslı və çoxşaxəli olmuşdur. Bu fəaliyyəti diqqətlə nəzərdən keçirdikdə, Sizin, dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğunuz bir daha təsdiqini tapır.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Müasir dövrdə qədim Odlar Yurdu ilə hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Daim ucalarda olasınız, cənab Prezident.

Hörmətlə,

Əzim Niftiyev

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi