logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xalid Seyidov və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

05 dekabr 2025, 14:25

Hörmətli cənab Prezident!

Ölkəmizdə və regionlarımızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi və kəndlərdə yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər kənd sakinləri tərəfindən yüksək qiymətləndirilir.

Xüsusi ilə kəndlərdə işıqlandırma sistemlərinin yenilənməsi, yolların abadlaşdırılması və sosial obyektlərin yaradılması insanların gündəlik həyatına müsbət təsir göstərmiş, kəndlərin ümumi simasının daha da gözəlləşməsinə şərait yaratmışdır.

Kənd sakinləri adından görülən işlərə görə təşəkkürümüzü bildirir, ölkəmizin davamlı inkişafı istiqamətində uğurlar arzu edirik.

Hörmətlə,

Seyidov Xalid Mirzəxan oğlu,

Hüseynov Qalib Ramazan oğlu,

Hidayətov Mətləb Hidayət oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalınçaq kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi