Vətən müharibəsi qəhrəmanının həyat yoldaşından, Abşeron, Azərbaycan
Hörmətli Ali Baş Komandan!
Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz davamlı və məqsədyönlü siyasət bizim üçün böyük mənəvi dəstəkdir. Dövlətimizin bu sahədə atdığı hər bir addım şəhidlərimizin müqəddəs xatirəsinə verilən yüksək dəyərin bariz ifadəsidir.
Zəfərin 5 illiyinin ölkə miqyasında yüksək ruh, qürur və birliyimizə yaraşan şəkildə qeyd edilməsi, bu münasibətlə keçirilən tədbirlər, açılışlar və dövlət tərəfindən göstərilən diqqət bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər bir daha sübut etdi ki, şəhidlərimizin qəhrəmanlığı daim uca tutulur, onların fədakarlığı heç vaxt unudulmur.
Bir şəhid ailəsi olaraq, bütün bu qayğı və diqqəti hiss edir, ailəmizə, övladlarımıza və şəhid ailələrinin hər birinə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu qayğı bizə həm güc, həm də gələcəyə inam verir.
Sizə möhkəm cansağlığı, ölkəmizin təhlükəsizliyi və inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məryəm Həsənova, Vətən müharibəsi qəhrəmanı, şəhid Veysəl Musibovun həyat yoldaşı
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.