Nizami Yarıyevdən, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında qeyri-neft sektorunun şaxələndirilməsi, sənaye potensialının gücləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində Sizin uzaqgörən siyasətiniz sayəsində əldə olunan mühüm nailiyyətlər xüsusi qeyd olunmalıdır. Ölkəmizin müxtəlif bölgələrində istehsal müəssisələrinin, o cümlədən zavodların açılışı da iqtisadiyyatımızın dayanıqlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkəmizdə müasir istehsal mühitinin formalaşmasına verdiyiniz diqqət və qayğının təzahürüdür.
Sosial rifahın yüksəldilməsi, regionların inkişafı və vətəndaşların məşğulluğunun genişləndirilməsi istiqamətində həyata keçirdiyiniz çoxşaxəli islahatlara görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Nizami Yarıyev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.