logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tahir Hüseynovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 dekabr 2025, 15:25

Hörmətli cənab Prezident,

Ölkəmizin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan təkcə özünün deyil, ümumilikdə regionun inkişafına təsir göstərən mühüm layihələr həyata keçirib və bu yöndə işləri uğurla davam etdirməkdədir. Artıq neçə illərdir fəaliyyət göstərən tarixi neft və qaz kəmərləri ilə yanaşı, istifadəyə verilmiş və çəkilişi uğurla gedən beynəlxalq nəqliyyat dəhlizləri çox sanballı işlərdir. İnkişaf yollarının şaxələndirilməsi gələcək üçün yeni üfüqlər açır.

Eyni zamanda, regionda sülhün əbədi təşəkkül tapması üçün gördüyünüz işləri də çox təqdirəlayiq hesab edirik. Dayanaqlı sülh, dayanıqlı inkişafın açarıdır.

Cənab Prezident, dövlətimizə və xalqımıza göstərdiyiniz diqqət və daim apardığınız məqsədyönlü fəaliyyət yüksək qiymətləndirilir.

Ulu Tanrı hər zaman köməyiniz olsun.

Dərin hörmət və ehtiramla,

Tahir Hüseynov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi