logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vidadi Quliyevdən, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

28 noyabr 2025, 14:55

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Sizin tərəfinizdən ardıcıl davam etdirilən siyasi kursun mərkəzində insan amili dayanır. Bu strateji xəttin başlıca məqsədi vətəndaşların rifahının artırılması, sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin olunmasıdır.

Dövlət siyasətinin bütün istiqamətlərində insanın maddi və mənəvi inkişafı, hüquq və azadlıqlarının qorunması, sosial ədalətin təmin edilməsi əsas prioritet kimi ön planda saxlanılır.

Sizin Naftalan kurort şəhərinin inkişafı ilə bağlı müəyyən etdiyiniz strateji hədəflərin, tapşırıq və dəyərli tövsiyələrin ardıcıl və yüksək səviyyədə icra olunması nəticəsində şəhərimizin bu gün tanınmaz dərəcədə dəyişib. Qeyd etmək istəyirəm ki, hazırda mənim yaşadığım küçədə aparılan asfaltlanma işləri sakinlərdə xüsusi sevinc və məmnunluq hissləri yaratmışdır. Naftalana səfər edən yerli və xarici turistlər də görülən işlərdən böyük zövq alırlar.

Möhtərəm Prezident, bizə göstərdiyiniz hərtərəfli diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Quliyev Vidadi İsmayıl oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi