Bərxudar Hüseynovdan, Zəngilan, Azərbaycan
28 noyabr 2025, 13:00
Hörmətli cənab Prezident,
1993-cü ildə mənfur ermənilər tərəfindən kəndimiz işğal olunanda bir daha bu torpaqlara nə vaxt, necə qayıdacağımızı düşünür, bəzən ümidsizliyə, inamsızlığa qapılırdıq.
Amma Ulu Öndər Heydər Əliyev bu inamı, bu ümidi bizə qaytardı. Siz isə Ali Baş Komandan kimi dəmir yumruğunuz sayəsində bizim üçün əvəzsiz olan torpaqlarımızı yağılardan təmizləyib öz sakinlərinə qaytardınız. Bu gün ancaq xəyallarımızda təsəvvür edə biləyəcəyimiz evlərə sahib olduq. Ən önəmlisi isə - bizə verilən həmin evlərin sənədində Sizin imzanız var!
Doğma yurda köçdükdən sonra əhatə olunduğumuz qayğı ürəyimizi qürurlandırır, fərəhləndirir. Rahat yaşamağımız üçün yaradılan şərait, təhlükəsizliyimizin tam qorunması Sizin rəhbərliyinizlə görülən davamlı işlərin möhtəşəmliyindən xəbər verir.
Cənab Prezident, göstərdiyiniz bu əvəzsiz qayğı üçün yeni məskunlaşdığımız Məmmədbəyli kəndinin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzu edirik.
Hörmətlə,
Hüseynov Bərxudar Səlim oğlu
Azərbaycan Respublikası, Zəngilan rayonu, Məmmədbəyli kəndi.