logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfqan Zeynalovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

27 noyabr 2025, 18:07

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən beş il ötür. Kəlbəcərdə doğulub böyüyən bir vətəndaş, həmçinin ehtiyatda olan hərbçi, Qarabağ qazısı kimi bu beş ilin hər gününü, hər anını sevinc və qürur hissləri ilə yaşadım.

Sizin sərkərdəliyinizlə, Ordumuzun şanlı zəfəri ilə azad olunan doğma yurdum Kəlbəcər bu gün yenilənir, abadlaşır, sürətlə çiçəklənir. İnanırıq ki, növbəti beş ildən sonra bizim Kəlbəcər dünyanın ən məşhur istirahət bölgələrindən biri olacaq.

Bu ilin avqustunda Siz Kəlbəcərə səfəriniz zamanı bir neçə obyektin açılış mərasimində iştirak etdiniz, yeni layihələrin təməlini qoydunuz, sakinlərə yeni mənzillərinin açarlarını təqdim etdiniz. Görülən bütün işlər “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Buna görə Sizə ürəkdən minnətdarıq.

Əziz Prezidentimiz, Sizə cansağlığı və uğurlar arzulayıram. Sizin kimi Ali Baş Komandanı, cəsur Sərkərdəsi olan xalq həmişə qələbə sevinci yaşamalıdır.

Allah Sizi qorusun!

Hörmətlə,

Əfqan Zeynalov, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi