07 noyabr 2025, 15:50

Namiq Məmmədovdan, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, bu xoş günləri xalqımıza yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirir, ən xoş diləklərimi yetirirəm.

Siz elə bir Ordu formalaşdırdınız ki, dünya hərb tarixində nadir uğura imza atdı. Bu gün bu Ordunun şöhrəti dünyanın dörd bir yanına yayılmışdır. Əksər ölkələr Azərbaycanın təcrübəsini öyrənir, onun hərbi sənaye məhsullarına sahib olmağa çalışırlar. Bu, həqiqətən də böyük nailiyyətdir.

Ölkəmizin inkişafı və xalqımızın rifahı yolunda Sizə tükənməz güc-qüvvət və saysız-hesabsız uğurlar arzulayıram.

Hörmətlə,

Namiq Məmmədov,

“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri

Azərbaycan Respublikası, Goranboy şəhəri.