07 noyabr 2025, 19:00

Aynurə Mirzəliyeva və başqalarından, İsmayıllı, Azərbaycan

Biz - Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvləri, 8 noyabr - Zəfər bayramı münasibətilə Sizi və xalqımızı səmimi-qəlbdən təbrik edirik.

Bu gün Azərbaycan xalqı Sizin müdirik rəhbərliyiniz, qətiyyətli siyasətiniz, qüdrətli Ordumuzun, gənclərin vətənpərvərliyi və xalqın birliyi sayəsində tarixi ədalətin bərpa olunduğu Zəfər Gününü böyük qürur və fəxarətlə qeyd edir.

Cənab Prezident!

Sizin " Qarabağ Azərbaycandır" şüarınız xalqımızın birliyinin, inamının və əzminin rəmzinə çevrildi. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün oldu.

Biz - şəhid ailələri və müharibə qaziləri fəxr edirik ki, belə bir qəhrəman xalqın övladlarıyıq, Sizin kimi müdrik, ədalətli və sarsılmaz iradəyə malik Ali Baş Komandanın rəhbərliyi altında bu zəfərə nail olmuşuq.

Bu müqəddəs günə, bizə göstərilən diqqət və qayğıya, şəhid ailələrinə və qazilərə yaradılan şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, böyük qayıdış proqramı bizi sevdirir və gələcəyə daha böyük inamla baxmağa ruhlandırır.

Cənab Prezident!

Sizi bir daha Zəfər bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti , dövlət başçısı kimi fəaliyyətinizdə yeni- yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Mirzəliyeva Aynurə Şükür qızı,

Əkbərova Cəmilə İdris qızı,

Əliyev Hamlet Sabir oğlu,

Rəsulov Elvin Qubad oğlu,

Hacıyev Vüqar Sabir oğlu,

Səfərəliyev Samrel Yaşar oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.