07 noyabr 2025, 13:40

Cümşüd Kərəmovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, vahid gücünün rəmzi və təntənəsidir. Tariximizin bu qızıl səhifəsi Sizin – Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və “dəmir yumruğu” sayəsində yazılmışdır. Bu münasibətilə Sizi və ailənizi səmimi-qəlbdən təbrik edir, Sizə və Zəfərin qazanılmasında böyük hünər göstərmiş Vətənin igid oğullarına dərin minnətdarlığımı bildirir, şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm.

Müharibəni necə hünərlə və qalibiyyətlə başa vurduqsa, sülhü də o qədər humanistliklə əldə etmək üzrəyik. Siz təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin və ümumilikdə regionun inkişafı və tərəqqisi üçün mühüm işlər görürsünüz. Ulu Tanrı bu yolda daim köməyiniz olsun!

Hörmətlə,

Cümşüd Kərəmov

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.