07 noyabr 2025, 17:25

11 yaşlı Nihat Vəlizadədən, Sumqayıt, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Mənim 11 yaşım var. Bu məktubumla Sizə böyük salamlarımı yetirir və Zəfər Günü münasibətilə təbrik edirəm!

Mən Sizi televizorda görəndə çox qürurlanıram. Atam deyir ki, Siz xalqımızı çox sevirsiniz. Mən də Sizi çox sevirəm, çünki Siz və qəhrəman əsgərlərimiz uzun illər işğal altında olan torpaqlarımızı azad etdiniz.

44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə bütün Azərbaycan sevindi. Mənim o vaxt 6 yaşım var idi və mən 1-ci sinfə gedirdim. Mən o vaxt da qələbə xəbərlərindən çox qürurlanır və bayrağımızı görəndə kövrəlirdim. Mən həmin gündən sonra sinfimizlə birlikdə tez-tez məktəbimizin akt zalında müharibəyə və igid əsgərlərimizə aid səhnəciklər qururuq.

Çalışıram ki, dərslərimi yaxşı oxuyum və böyüyəndə Vətənimə xidmət edim. Mən istəyirəm böyüyəndə Sizin kimi vətənini sevən bir insan olum.

Cənab Prezident, Allah Sizi və bizim igid əsgərlərimizi qorusun!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandanımız!

Hörmətlə,

Vəlizadə Nihat Namiq oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.