Fəridə Qurbanzadədən, Tərtər, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
2020-ci ilin noyabrın 8-də uzun sürən həsrətdən sonra xalqımız üçün böyük məna kəsb edən və rəmzi məna daşıyan, Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya tarixinə düşəcək hərbi əməliyyatlardan olmuşdur.
Sizin Ali Baş Komandanlığınız altında Ordumuz 44 gündə mümkünsüzü mümkün etdi. Siz - Qarabağ Azərbaycandır və nida işarəsi dediniz və hər zaman olduğu kimi bu dəfə də vədinizə əməl etdiniz. 8 noyabr xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu gün biz qürur və fəxr hissi ilə Zəfər gününü qeyd edirik. 8 noyabr Qarabağa qovuşduğumuz tarixi gündür.
Cənab Prezident! bizə yaşatdığınız bu tarixi Qələbə üçün Sizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Qarabağımız günü-gündən çiçəklənir hər dəfə işğaldan azad olunmuş ərazilərimizə gedəndə orada görülən yenidənqurma işləri bizləri ürəkdən sevindirir.
Möhtərəm cənab Prezident, biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşmişik. Mən də bir gənc olaraq Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirəm.
Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın daha da inkişafı və tərəqqisi yolunda Sizə uğurlar arzulayıram.
Cənab Ali Baş Komandan! Biz bu qələbə ilə tarix yazdıq, bu Zəfərlə gələcəyə daha inamla baxırıq. Sızın adınız xalqımızın tarixində qalib sərkərdə kimi yaşayacaq Allah Sizə güc, sağlamlıq və uzun ömür nəsib etsin! Bayrağımız hər zaman zirvələrdə dalğalansın.
Var olun, hər zaman qurun, yaradın! Azərbaycan xalqı uzaqgörən, dərin zəkaya malik prezidenti - Sizinlə, Ordumuzla fəxr edir!
Hörmətlə,
Qurbanzadə Fəridə Yaşar qızı, gənc fəal
Azərbaycan Respublikası, Tərtər rayonu.