07 noyabr 2025, 16:36
Sənan Mustafayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının vətəndaşı kimi, 8 Noyabr Qələbə Günü münasibəti ilə Sizi ürəkdən təbrik etmək istəyirəm.
Bu tarixi gün Azərbaycan xalqının iradəsini, qəhrəmanlığını və şanlı Zəfərimizi təmsil edir. Rəhbərliyiniz altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq Şuşanın və bütün işğal olunmuş ərazilərin azad edilməsi ilə əbədi iz qoydunuz.
Ərazi bütövlüyümüzün bərpa olunmasında göstərdiyiniz səyləriniz hər bir vətəndaş üçün qürur mənbəyidir
Dərin hörmət və ehtiramla,
Mustafayev Sənan Rafin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.