07 noyabr 2025, 16:11
Sərdar Abdurəhmanovdan, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizin sayənizdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Günü hər bir vətəndaşın qürurla, fəxrlə qeyd etdiyi bayramdır. Bu günə görə Sizə minnətdarıq.
Ölkəmiz üçün etdikləriniz əsrlər keçsə də unudulmayacaq. Sizin xarici və daxili siyasətinizlə fəxr edirik.
Cənab Prezident, Sizə uzun ömür və cansağlığı arzu edirəm. Ölkəmizin rifahı davamlı, Azərbaycanımızın zəfərləri daim bol olsun.
Allah Sizi, xalqımızı qorusun və daim zəfərlə mükafatlandırsın!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın əziz xalqımız!
Dərin hörmət və ehtiramla,
Abdurəhmanov Sərdar Rabil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu