07 noyabr 2025, 17:10

Valeh Hüseynovdan, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Sizi Zəfər bayramının beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Artıq beş ildir ki, biz qalib dövlətin vətəndaşları olmağın qürurunu və sevincini yaşayırıq. Bu xoşbəxtliyə məhz Sizin dəmir iradəniz, uzaqgörən siyasətiniz, cəsarətiniz sayəsində nail olduq.

Siz bu Qələbə ilə təkcə doğma torpaqlarımızı azad etmədiniz, həm də xalqımızın ruhunu dirçəltdiniz, qürurunu, mənəviyyatını özünə qaytardınız, şərəfli və şanlı yeni tarix yazdınız. Sizə dərin minnətdarlığımı bildirirəm.

Əminik ki, məhz Sizin müdrik rəhbərliyinizlə dövlətimiz, xalqımız yeni-yeni uğurlar, qələbələr əldə edəcəkdir.

Hörmətlə,

Valeh Hüseynov,

Vətən müharibəsinin iştirakçısı

Azərbaycan Respublikası, Goranboy rayonu, Bağçakürd kəndi.