07 noyabr 2025, 15:33

Gülağa Bəşirovdan, Şəki, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan xalqını Zəfər bayramı təkcə bayram günü deyil, bu əlamətdar gün Azərbaycan tarixində misilsiz bir qələbənin, ədalətin və milli qürurun təntənəsidir. 2020-ci ilin 8 noyabrında - Sizin müdrik rəhbərliyiniz, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Şuşa şəhəri işğaldan azad olundu və bununla da Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı. Bununla da Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız.

Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, dəmir iradəniz və sarsılmaz qətiyyətiniz sayəsində Azərbaycan xalqı 30 illik həsrətinə son qoydu , öz ərazi bütövlüyünü bərpa etdi və dövlət müstəqilliyini daha da möhkəmləndirdi. Sizin "Qarabağ Azərbaycandır” çağırışınız xalqın ürəyində milli həmrəyliyin, inamın və Vətən sevgisinin rəmzinə çevrildi .

Zəfər bayramı xalqımızın qəhrəman övladlarının, şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin simvoludur. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi kimi başını uca tutur, Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı böyük minnətdarlıqla yad edir. Onların şücaəti, Sizin rəhbərliyinizlə qazanılmış bu zəfər gələcək nəsillər üçün əbədi qürur və vətənpərvərlik məktəbi olacaqdır.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri geniş vüsət almış, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bu proses Sizin dediyiniz kimi, "Qarabağ dirçəlişi" dövrünün başlanğıcıdır. Bu möhtəşəm işlərin hər biri Sizin dövlətimizə və xalqımıza olan sarsılmaz sevginizin bariz göstəricisidir .

Bu möhtəşəm Zəfər münasibətilə Sizi, Mehriban xanımı və ailə üzvlərinizi ürəkdən təbrik edir, Azərbaycanın əbədi prezidenti olaraq Sizə möhkəm cansağlığı, ailə səadəti, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımıza isə daimi sülh, sabitlik və rifah arzulayıram. Qoy üçrəngli bayrağımız Qarabağ səmasında və bütün Azərbaycan torpaqlarında daim ucalarda dalğalansın.

Qoy zəfərimizin işığı dəmir yumruq altında heç vaxt sönməsin.

Dərin hörmət və ehtiramla,

Bəşirov Gülağa, "Şəki Elektrik Stansiyası" MMC-nin direktoru

Azərbaycan Respublikası, Şəki şəhəri