07 noyabr 2025, 14:02

Şəhid anasından, Goranboy, Azərbaycan

Cənab Prezident, bizə Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan!

Sizi Vətən müharibəsində əldə edilən tarixi Qələbəmizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqının otuz illik nisgilinə son qoydunuz, şəhidlərimizin qanını yerdə qoymadınız, onların ruhunu şad etdiniz, torpaqlarımızı işğaldan azad edərək gələcək nəsillərin xoşbəxtliyini təmin etdiniz. Şanlı Zəfərin əldə edilməsi ilə Siz həm də Azərbaycanın qüdrətini bütün dünyaya göstərdiniz. Mən bir şəhid anası olaraq Sizə minnətdarlığımı bildirirəm.

Allah Sizi var eləsin, qalib Sərkərdəmiz!

Hörmətlə,

Nailə Məmmədova,

şəhid anası,

Azərbaycan Respublikası, Goranboy rayonu, Xoylu kəndi.