Famil Pirəliyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Bu aylar bizim üçün olduqca tarixi və dəyərli günlərdir. Şanlı zəfər tariximizin, həmçinin dəmir yumruq ətrafında xalq olaraq birləşdiyimiz, Vətənimizin gənclərinin həmrəylik nümayiş etdirib Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarını azad etdiyimiz günlərdən artıq beş il ötür.
Beş ildir ki, bu tarixi zəfərdən sonra Qarabağ öz doğma sakinlərinə, sakinlər isə doğma yurdlarına qovuşublar. Gənclər olaraq biz Sizə inanırdıq, bir gün bizə bu böyük sevinci yaşadacağınızı bilirdik. Bu gün fəxrlə qeyd edirik ki, könüllü fəaliyyətimizlə qədim torpaqlarımıza ayaq basır, onların inkişafı və dirçəlişi naminə çalışırıq.
Günü-gündən çiçəklənən Qarabağımızın bərpası və inkişafı məhz Sizin uzaqgörən siyasətinizin və qətiyyətinizin nəticəsidir. Bu gün azad xalqın azad gəncləri kimi qürurla çıxış edirik. Siz bizə inandınız, biz isə bu inamı doğrultmaq üçün çalışır, ölkəmizin adını və bayrağını beynəlxalq arenalarda şərəflə ucaldırıq.
Zəfər bizə çox yaraşır! Bu zəfəri bizə bəxş edən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, şəhid valideynlərinə dərin ehtiramımızı bildirir, qazilərimizə sağlamlıq arzulayırıq.
Cənab Ali Baş Komandan!
Sizə – bu xalqın güc, qürur və inam rəmzinə çevrilmiş Liderinə minnətdarlığımızı bildiririk.
Zəfərin mübarək, Azərbaycan!
Hörmətlə,
Pirəliyev Famil
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.