Urnisə Əliyevadan, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin ölkəmizdə apardığınız işlər xalq tərəfindən bəyənilir və alqışlanır. Mən həmişə cəmiyyət içində olduğum üçün tam səmimi deyə bilərəm ki, ölkə vətəndaşlarının Sizdən razılığının şahidiyəm.
Siz ölkəmizə rəhbərliyə başladığınız gündən xalqımıza şərəflə xidmət edir, Azərbaycanı uğurdan-uğura aparır, dövlətimizin qüdrətini artırırsınız. Vətən müharibəsində qazanılan şanlı Zəfər Sizin və Müzəffər Ordumuzun cəsurluğunu və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Siz Ulu Öndər Heydər Əliyevdən bizə əmanət qalan bir yolu uğurla davam etdirir, öz strategiyanızla və müdrikliyinizlə qələbələr qazanır, Azərbaycanın adını yüksəldirsiniz.
Bu yolda Sizə uğurlar arzulayırıq, cənab Prezident!
Allah Sizi qorusun.
Hörmətlə,
Urnisə Əliyeva
Azərbaycan Respublikası, Masallı rayonu, Təzəkənd kəndi.