Elşən Mustafayevdən, Ağdərə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin qətiyyətiniz, qəhrəmanlığınız, igidliyiniz sayəsində Azərbaycan xalqı tarixdə qəhrəman xalq kimi qalacaq.
2020-ci ildə torpaqlarımız Sizin əzmkarlığımız, uzaqgörən liderliyiniz və qalib Ordumuzun rəşadəti sayəsində işğaldan azad olundu. 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpası da Sizin polad iradəniz və qətiyyətli siyasi mövqeyinizin bariz nəticəsidir.
Məhz bu suverenliyin bərpası sayəsində mən bu gün Ağdərə rayonu, Vəngli kəndində daimi yaşayış yeri ilə təmin olunmuşam.
Möhtərəm Prezident, Hörmətli Ali Baş Komandan!
“Böyük Qayıdış” proqramı çərçivəsində 2025-ci ilin oktyabr ayında mənzillə təmin olunduğuma görə ilk növbədə Sizə, həmçinin Sizin tapşırıq və göstərişlərinizi sədaqətlə icra edən aidiyyəti dövlət qurumlarına və bu prosesdə əməyi olan bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm.
Müzəffər Ali Baş Komandan, biz hər zaman Sizin yanınızdayıq!
Hörmətlə,
Mustafayev Elşən Mustafa oğlu
Azərbaycan Respublikası, Ağdərə rayonu, Vəngli kəndi.