Dadaş Əlirzayevdən, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə son illərdə respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, ölkəmizin dünya arenasında söz sahibinə çevrilməsi möhtəşəm Liderliyinizin bariz nümunəsidir. Müdrik rəhbərliyiniz altında Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada söz sahibinə çevrilmişdir.
Möhtərəm Ali Baş Komandan, Sizin uzaqgörən siyasətinizlə xalqımızın və müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə Azərbaycanın dünya dövlətləri arasında nüfuzunu daha da artırdı, xalq və Ordunun “Dəmir yumruq” ətrafında birliyini nümayiş etdirdi.
Cənab Prezident, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri respublikanın digər regionlarında, o cümlədən Lerik rayonunda da uğurla icra edilir. Uzun illər arzusunda olduğumuz Monidigah-Çayrud avtomobil yolunun rayonumuzun daxili imkanları hesabına asfaltlaşdırılması, rayon ərazisində həyata keçirilən digər tikinti və abadlıq işləri dediklərimizin əyani sübutdur.
Cənab Prezident, bizə göstərilən bu diqqət və qayğıya görə Çayrud ərazi dairəsinə daxil olan kəndlərin əhalisi, ziyalıları və ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əlirzayev Dadaş Mirdadaş oğlu
Azərbaycan Respublikası, Lerik rayonu, Çayrud kəndi