03 noyabr 2025, 13:42

Aynur Hasilovadan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı islahatlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz sayəsində ölkəmizin səhiyyəsi sürətlə inkişaf edir. Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti kimi ölkəmizin rifahı naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayır, səhiyyəmizin daim ön sıralarda olmasını diləyirəm.

Hörmətlə,

Hasilova Aynur

Azərbaycan Respublikası, Ağsu rayonu.