Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 dekabr 2012, 19:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013–cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si
|
Gəlir mənbələri
|
Gəlirlərin məbləği
(min manat)
|
2.1.
|
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
|
11 171 072,0
|
2.2.
|
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər
|
1 833,1
|
2.3.
|
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
|
9 223,8
|
2.4.
|
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
|
287 448,1
|
2.5.
|
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar
|
11 963,4
|
2.6.
|
Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar
|
500,0
|
|
Cəmi
|
11 482 040,4
|
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra
№-si
|
Xərc istiqamətləri
|
Xərclərin məbləği
(min manat)
|
3.1.
|
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
|
300 000,0
|
3.2.
|
Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə transfert
|
11 350 000,0
|
3.3.
|
Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
|
107 438,0
|
3.4.
|
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi
|
138 274 ,5
|
3.5.
|
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi
|
34 056,0
|
3.6.
|
Azərbaycan Respublikasında bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi
|
103 555,9
|
3.7.
|
Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
|
211 950,0
|
3.8.
|
Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
|
596 600,0
|
3.9.
|
TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
|
86 350,0
|
3.10.
|
Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi
|
388 575,0
|
3.11.
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
|
86 300,0
|
|
Cəmi
|
13 403 099,4
|
4. “2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2012-ci il.