Arif Fətəliyevdən, Qubadlı, Azərbaycan
29 oktyabr 2025, 17:16
Hörmətli cənab Prezident,
Doğulduğum Qubadlı şəhərinin oktyabrın 25-i işğaldan azad edildiyi gündür. Artıq 5 ildir ki, bu günü böyük coşquyla qeyd edirik. Bu il də belə oldu. Bu ərəfədə yadıma 1994-cü ildə seyr etdiyim bir hadisə düşdü. O vaxt bir ata və azyaşlı qızı ermənilərə əsir düşmüşdü. Bu hadisədən xəbər tutan Ümummilli Liderimiz Heydər Əliyev qısa müddətdə onları azad etdirmişdi. Həmin ata televiziya vasitəsilə demişdi: “Sizə necə təşəkkür edəcəyimi bilmirəm, qısaca deyirəm: qeyrətinizə qurban olum!”
Cənab Prezident, mən də Sizə necə minnətdarlıq duyduğumu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə olaraq deyirəm: qeyrətinizə qurban olum!
Hörmətlə,
Arif Fətəliyev
Azərbaycan Respublikası, Qubadlı şəhəri.