Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa
Text size


30 dekabr 2012, 18:40
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında münasibətlər xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 dekabr 2012-ci il.