Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa
Text size


30 dekabr 2012, 18:30
Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcək və daha da genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 dekabr 2012-ci il.