logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elməddin Əliyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2025, 14:11

Çox hörmətli cənab Prezident!

Biz – Cəlilabad rayon sakinləri Sizinlə fəxr edirik, Sizə dərin təşəkkürümüzü bildiririk. Gördüyünüz bütün işləri dəstəkləyir, hər zaman Sizin yanınızdayıq. Çünki, Siz xalqın firavan yaşaması və xoş güzəranı üçün hər zaman əlinizdən gələni edirsiniz.

Ölkəmizin hər bir guşəsində olduğu kimi, Cəlilabad rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri göz oxşayır. Sizin tapşırıq və göstərişləriniz əsasında vətəndaşların problemlərinin həlli istiqamətində tədbirlər görülür, narahatlıq yaradan məsələlər həllini tapır. Siz xalqla sıx təmasda olduğunuz üçün xalqımız Sizə dərin məhəbbət bəsləyir.

Cənab Prezident, dövlətimiz və xalqımız adına gördüyünüz bütün işlərə görə Sizə bir daha dərin təşəkkürümü bildirir, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Elməddin Əliyev

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi