logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qarabəy Nəsirov, Masallı, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2025, 18:03

Möhtərəm cənab Prezident,

Mən həmişə cəmiyyət içində olduğum üçün tam səmimiyyətimlə deyə bilərəm ki, ölkə vətəndaşları Sizdən çox razılıq edirlər. Siz xalqımıza şərəflə xidmət edir, Azərbaycanın imicini yüksəldirsiniz. Vətən müharibəsində qazandığımız şanlı Zəfər Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun cəsurluğunu, mübarizliyini bütün dünyaya əyani şəkildə göstərmiş oldu.

Həmçinin ölkəmizdə, eləcə də bizim rayonda görülən abadlıq-quruculuq işləri Sizə olan el məhəbbətini daha da artırır.

Əziz Prezidetimiz, deyiləcək sözlər, təqdir ediləcək işlər çoxdur. Sizə təşəkkür edir, möhkəm cansağlığı, rəhbərlik etdiyiniz ölkəmizə daimi firavanlıq, sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Qarabəy Nəsirov

Azərbaycan Respublikası, Masallı rayonu, Göyəçöl kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi