logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kamil Şükürovdan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

15 oktyabr 2025, 17:00

Hörmətli cənab Prezident,

Sizin xarici ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərdə böyük hörmət və ehtiramla qarşılanmağınız, layiqli iştirakınız və məzmunlu çıxışlarınız bizi sevindirir. Sizinlə yanaşı, doğma Azərbaycanımızın da adı yüksəlir, nüfuzu artır.

Eyni zamanda, respublikamızda, eləcə də Masallı rayonunda görülən abadlıq işləri də biz vətəndaşları sevindirir. Bu işlər həyatımıza xoşbəxtlik və firavanlıq gətirir, daha yaxşı gələcək vəd edir.

Bütün görülən işlərə görə Sizə təşəkkürümüzü bildiririk. Masallı sakinləri hər zaman Sizin uğurlu siyasətinizi dəstəkləyirlər.

Hörmətlə,

Kamil Şükürov

Azərbaycan Respublikası, Masallı rayonu, Həsənli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi